Şamaxıda özbaşınalıq: Prezidentə müraciət olundu
Tarix: 5-10-2015, 09:29 | Çap et
Şamaxıda özbaşınalıq: Prezidentə müraciət olundu
Şamaxı rayonu Meysəri kənd sakini 1949-cu il təvəllüdlü Hacıyev İsmayıl Cəbi oğlu bir ilə yaxındır evinin şəhadətnaməsini ala bilmir. İ.Hacıyev məsələ ilə bağlı ölkə rəhbərindən kömək istəyib. Vertikal.az Şamaxı sakininin şikayət məktubunu təqdim edir:

“Hörmətli, Cənab Prezident
Mən, 1949-cu ildə Naxçıvan MR Babək rayonu Buzqov kəndində anadan olmuş Hacıyev İsmayıl Cəbi oğlu hazırda Şamaxı rayonu Meysəri kəndində yaşayıram və burada pasport qeydiyyatındayam.28.11.2014-cü il tarixdə Şamaxı rayonu Əmlak məsələləri üzrə Dövlət Reystri xidmətinin 14 saylı ərazi idarəsinə ev və əlavə tikililərin qeydiyyatı üçün müraciət etmişəm. Bütün sənədlər hazırlansa da bir ilə yaxındır ki, mən evimin şəhadətnaməsini ala bilmirəm.

Bu barədə Prezident Administrasiyasına ərizə ilə rəsmi müraciət də etmişəm. Təfsilatı ərizədə göstərilib. Xahiş edirəm, mənə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net