Ziya Məmmədov Ramiz Zeynalovun idarəsini nəzarəti altına almaq istəyir
Tarix: 8-09-2015, 12:44 | Çap et
Ziya Məmmədov Ramiz Zeynalovun idarəsini nəzarəti altına almaq istəyir
Nəqliyyat naziri Ziya Məmmədov Baş Dövlət Yol Polisi İdarəsini (BDYPİ) rəhbəri olduğu qurumun tərkibinə keçirmək istəyir. Bunun üçün artıq işlərə belə başlanılıb və nazir öz yaxın adamlarına qəti tapşırıq verib ki, bu birləşməni reallaşdırmaq üçün ona tutarlı arqumentlər və əsaslar versinlər. Həmçinin məsələni qanun müstəvisi üzərində əsaslandırsınlar. Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Ziya Məmmədovun bu planı çoxdan işə salınsa da, son günlər yeni aktiv fazaya keçirilib. Mənbə bildirir ki, nəqliyyat naziri BDYPİ-ni əlinə keçirdikdən sonra daha güclü fiqur olmaqla yanaşı, həm də bir sıra geniş imkanlar sahibinə çevriləcək.

Düzdür, sözügedən dövlət məmurunun bu istəyinə çatması üçün yetərli qədər əngəlləri də var. Məsələn, yol polisinin Nəqliyyat Nazirliyinin tabeçiliyinə verilməsi üçün yetərli qədər əsas olmalıdır. Üstəlik, DİN-in böyük bir idarəsinin əlindən alınaraq, başqa bir nazirliyə verilməsi üçün ciddi islahatlara ehtiyac yaranır.

JAM.AZ-a danışan mənbə vurğulayır ki, həmçinin BDYPİ rəisi, general Ramiz Zeynalov da DİN-in tərkibindən çıxaraq, Nəqliyyat Nazirliyinin himayəsi altına keçmək istəmir. O səbəbdən də yetərli qədər müqavimət göstərməyə çalışır. Lakin bu prosesin həlli üçün siyasi qərarın verilməsi lazımdır ki, ondan sonra da generalın göstərdiyi müqavimət yetərsiz olacaq. Hələlik hakimiyyət dairələri belə bir dəyişiklik etmək fikrindən uzaqdır. Amma mənbə bildirir ki, fikir dəyişikliyinin baş verməsi istisna deyil.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net