Cavid Qurbanov köhnə kadrlara bata bilmir?
Tarix: 11-08-2015, 12:04 | Çap et
Cavid Qurbanov köhnə kadrlara bata bilmir?
Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda Gəncə dəmiryolu İnfrastruktur Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəisi Aydın Cabbarovun qanunsuz əməllərindən bəhs olunur. Qeyd edək ki, hələ bir müddət əvvəl Ağstafa şəhər sakini Nofəl Quliyev tərəfindən təqdim olunmuş açıqlamalarda Aydın Cabbarovun özbaşınalıqlarına dair bir neçə konkret faktlar öz əksini tapmışdı.Nofəl Quliyev ilk növbədə Aydın Cabbarovla bacanaq olduğunu bildirmiş, daha sonra isə öz ərizəsində A.Cabbarovun həm məişət pozğunluğuna, həm də dələduzluq əməllərinə dair ağır ittihamlar irəli sürmüşdü. Şikayətçinin sözlərinə görə, onun həyat yoldaşı Sona, Aydın Cabbarovun təsiri altına düşərək, onun göstərişi ilə dələduzluq etmiş və Ağstafa sakinlərindən küllü miqdarda (60 min manat dəyərində) pul və zinyət əşyaları, briliyant, qızıl alaraq qaçmışdır. Quliyev Nofelin müraciəti nəticəsində hüquq mühafizə orqanları Sona xanımın xarici dövlətə qaçmasına baxmayaraq, onun ölkəyə qaytarılmasına və həbsinə nail olmuşlar. Yalnız Aydın Cabbarov işə qarışdıqdan sonra, yəni Sona xanımın borclarını (60 min manat) ödədikdən sonra qadın sərbəst buraxılıb. Lakin Gəncə 5 saylı müəssisəsinin fəhlələri tərəfindən əlaqədar instansiyalara ünvanlanan şikayət məktublarında Aydın Cabbarova qarşı digər ağır ittihamlar da öz əksini tapır: “Aydın Cabbarov bu müəssisəyə rəhbər gələndən sonra bütün peşəkarları işdən uzaqlaşdırıb və özünə yeni komanda yığıb. Onun bu siyasətinin arxasında vakansiyalar yaradıb, ora pulla başqa işçilər götürmək istəyi dayanır. İndiyədək ixtisar edilən işçilərin sayı artıq 120 nəfəri ötüb. Bir tərəfdən ixtisar edir, digər tərəfdən də yeni işçilər götürür”. Bu iddialar 5 saylı müəssisənin ixtisara salınan bir qrup işçisi tərəfindən KİV-ə, o cümlədən bizim redaksiyaya ünvanlanmış şikayət məktublarında ortaya qoyulmuşdu. Həmçinin şikayətçilər bildirmişdilər ki, onlar məsələ ilə bağlı bir neçə dəfə mətbuata şikayət ediblər, lakin heç bir faydası olmayıb: “...əksinə, Aydın Cabbarovun 5 saylı müəssisə kimi strateji əhəmiyyətli və 1000 nəfər işçisi olan qurumun rəhbəri olaraq yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları getdikcə daha da artır. Onun Ağstafa 7 saylı dəmiryol distansiyasının rəisi olarkən hansı əməllərdən çıxdığını bilən hər kəs, belə bir şəxsin məsul vəzifədə indiyədək qalmasına çox təəccüblənir...”Daha sonra məlumatlarda bildirilir ki, Aydın Cabbarov hələ 2013-cü ildə Soyuqbulaq stansiyasında dördüncü yolda hərbi dalan yolunu söküb dağıdıb. Demontaj olunan relslər isə Ağstafaçayın sahili boyunca yerləşən daş və çınqıl karxanalarına dəmiryolunun çəkilməsində istifadə olunub. Həmin karxanaların sahibləri ilə işbirliyinə girən rəis onların yüklərini birbaşa stansiyaya daşıyıb vaqonlara yükləmək üçün ayrıca dəmiryol xətti çəkdirib. Bununla dəmir yoluna 350 min manatlıq zərər vurulub. Qəzetimizin səhifələrində dərc etdiyimiz materiallarda biz bunu da bildirmişdik ki, “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanovun himayəsində olduğu iddia edilən A.Cabbarovun bu kimi əməlləri rəhbərlik tərəfindən qətiyyən araşdırılmır. Ola bilsin ki, bu ağır ittihamlar QSC-nin rəhbərliyində sadəcə “xırda pozuntular” təəsüratı yaradır. Halbuki, bu “xırda pozuntular” Aydın Cabbarova qısa zamanda böyük sərvətə sahib olmaq imkanı verib. Daxil olan məlumatlarda bildirilir ki, Aydın Cabbarov işlədiyi müddət ərzində vəzifəsindən su-istifadə etməklə, ölkənin müxtəlif regionlarında xüsusi mülk sahibinə çevrilmişdir. Bu mülklərin arasında Ağstafa rayonunda iki şəxsi ev, Gəncədə bir şəxsi ev, Bakıda daha bir şəxsi ev də vardır...





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net