Bakcell-in vergidən “şifahi” azad olunan şirkətlərlə pay bölgüsü
Tarix: 15-07-2015, 17:09 | Çap et
Bakcell-in vergidən “şifahi” azad olunan  şirkətlərlə pay bölgüsü
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu toplantısındakı çıxışı açıq havada ildırım effekti verdi. Ölkə başçısı vergidən yayınanlara, şirkətlərə “krışalıq” edənlərə sonuncu xəbərdarlığını etdi: “ Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

Ölkə başçısının bu çıxışını dinləyəndən sonra xeyli vaxtdır Qafqaz Xəbər Agentliyinin redaksiyasına daxil olmuş məlumatı işıqlandırmaq qərarına gəldik.

Bu günədək Bakcell şirkəti ilə bağlı bir çox araşdırma yazılarını oxucularmıza təqdim etmişik. Ancaq Bakcell şirkətinin maliyyə maxinasiyaları bitmək bilmir. Bizi hazırda maraqlandıran əsas məsələ Bakcell-in öz kvotasını vergidən şifahi şəkildə azad olunan şirkətlərin arasında bölüşdürməsidir. Bir daha təkrar edirik ki, söhbət vergidən şifahi şəkildə azad olunmaqdan gedir.

Prezidentin çıxışınının da əsas mahiyyəti bu məsələdir. Yəni kimlərinsə “krışa”lığı ilə hansısa şirkət vergidən azad olunur.

Həmin şirkətlərdən biri Caspian CSN şirkətidir ki, onun kvotası 3 milyon 500 min manatdır. Yəqin ki, Caspian CSN şirkətinin adı oxucularımıza tanışdır. Bu şirkət professor İlham Rəhimovun kürəkəni Araz Mehdiyevə və onun şəriki Rasim Əsədova məxsusdur.

Məlumat üçün bildirək ki, bu Mehdiyev – Əsədov cütlüyünün Azercell-də də “Baktel” şirkəti adı ilə aylıq limitləri var və “Baktel” şirkəti də şifahi şəkildə vergidən azaddır.

Qərəz, keçək yenə də Bakcell şirkətinə və onun Caspian CSN şirkəti ilə mobil telefonlarla bağlı əməkdaşlığına.

Bakcell şirkətinin aylıq 12 milyon kvotasının 3 miliyon 500 mini Caspian CSN-ə məxsusdur. Bəli, Araz Mehdiyev ölkəmizdə mobil telefonların monopolisti olduğu üçün Bakcell şirkəti onun üçün bu cür güzəştə gedərək öz aylıq kvotasının 3 milyon 500 minin onlara “hədiyyə” edib. Ancaq bununla da Caspian CSN şirkətinin qazancı bitmir, həmin şirkət Araz Mehdiyevin şəriki Rasim Əsədova görə şifahi şəkildə vergidən azaddır.

Məhz buna görə də Bakcell-in kvota bölgüsündə heç kim Rasim Əsədovla rəqabət apara bilmir.

Gələn yazımızda 7 milyon kvotaya yiyələnən Şahin Telekom və Mobilon şirkətləri ilə bağlı şok açıqlamalar verəcəyik. Bakcell-in digər kvotasına yiyələnən şirkətlər, “Azərfon”da da başqa şirkətlər adı ilə kvota sahibidilər.

Bu barədə növbəti sayımızda.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net