Vidadi İsayevin rayonunda nə baş verir: Allah cəzalandırır?
Tarix: 13-07-2015, 09:58 | Çap et
Vidadi İsayevin rayonunda nə baş verir: Allah cəzalandırır?
İki gün əvvəl Bərdə şəhərində yol qəzası oldu və bir gəncin həyatına son qoyuldu. Bu barədə Vertikala maraqlı informasiyalar daxil olub. Qəzanı törədən Bərdə rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Hüseyn Qasımovun oğlu idi.Həmin gün Hüseynin oğlu hərbi komissarlıqda olmalı olduğu halda Bərdənin mərkəzi küçələrindəatasına məxsus maşınla avtoxuliqanlıq edirdi.

Hara baxırdı Bərdə rayon İcra hakimiyyəti, hərbi komissarlıq, polis şöbəsi?Bu niyə olmalı idi?Ona görə ki, Bərdənin icra başçısının şöferi, həm də qayını olan Çingiz üçün bu ailə çox əzizdir.Çingiz bu evi özünün ikinci evi sayır!Çingiz narkotik alverçisini Bərdə rayon icra hakimiyyətinə, onun yoldaşını isə təhsil şöbəsinə işə düzəltdi.Hüseyn Çingiz vasitəsilə neçə evlər yıxdı,neçə bərdəli kadrları ləkələdi.

Bərdənin ən savadlı,qabiliyyətli,namuslu,dövlətçi,işinin mütəxəssisi olan Şahlar Baxşəliyevi çıxarıb yerinə Hüseynləri,Damətləri gətirən Vidadi İsayev heç ALLAH-dan da qorxmadı.Amma Allah ona bir dəfə xəbərdarlıq etdi,Çingiz qəza törətdi və V.İsayevin qolu qırıldı.Amma o yenə də durmadı.

Bu yazını Vidadi İsayevinətrafında parlayanlara,bərdəliləri əzib onların çörəyini Çingizlərə, Mahmudlara yedizdirənlərə, Bərdə təhsilinə ayrılan pullar azmış kimi məktəb direktorlarına haqq qoyan Rzaqulu Şərifova,bağça direktorlarından min bir sifətlə haqq yığıb,Vidadi İsayevə yaranan Fəqət xanıma, Bərdə səhiyyəsinə ayrılan puldan əlavə tibb məntəqələrinə haqq qoyan səhiyyənin rəhbərinə, kasıblara ayrılan pullara şərik olub,bu pulları yevlaxlı gədasına yedizdirib, onu qırmızı turpa oxşadan sobez işçilərinə,bərdəliləri, hətta öz dostlarını satan, onları başçının əlehinə danışdırıb səslərini telefona yazıb başçıya çatdıraraq,özünə və oğluna vəzifə alan Natiq Qasımova ünvanlayaraq bildiririk ki,qoy bu qəza Sizlərə bir dərs olsun. Hz. Məhəmməd (s.ə.s) demişkən: “Nə yaşatdınsa, əlbət bir gün onu yaşayarsan”.

Dövlətçilikdən,qanunlardan Çingizin sözünü üstün tutaraq satqınçılıqla,hiylə ilə,xəynətlə V.İsayev tərəfindən ucalanları Allah Hüseyn kimi yas mərasimində döydürərək alçaldır.

Vidadi İsayev, Ağsaqqalının səni oturtduğu kreslonun səfasını hələ ki sür, amma ALLAH səni harada oturdacağını çox yaxşı bilir.

Vertikal.az





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net