Raqub Məmmədov Nizami Sadıqovu necə "devirdi"?
Tarix: 10-07-2015, 13:35 |
Çap et
Ağdamın icra başçısı Raqub Məmmədov vəzifə başına keçmək üçün olduqca maraqlı bir gediş edib. JAM.AZ xəbər verir ki, Tərtərdə MTN-ə rəhbərlik edən polkovnikin belə bir addım ata biləcəyi mümkündür və Nizami Sadıqovun gizli görüntülərinin əldə edilməsi də qeyri-adi bir şey olmayıb.
Həmin məlumatda deyilir ki, Raqub Məmmədov Ağdamın icra başçısı olmaq üçün uzunmüddət çalışırmış. Keçmiş icra başçısı Nizami Sadıqovun yanlış addımları və bəzi xoşagəlməz hərəkətləri isə indiki icra başçısının işinə yarayıb. Kəşfiyyat işindən yaxşı anlayan Məmmədov ilk olaraq Nizami Sadıqova yaxın birini özünə tərəf çəkməliydi ki, bunu da reallaşdıra bilir. Ardından isə keçmiş icra başçısının işdən çıxarılmasını şərtləndirəcək bütün faktlar, dəlillər və sübutlar toplanılmağa başlanılır.
JAM.AZ-a danışan mənbə bildirir ki, Ağdamın indiki icra başçısı özünün etibarlı adamı vasitəsi ilə Nizami Sadıqovun qumar oynama səhnələrini görüntüyə alır, onun yanlış hərəkətlərini və danışıqlarını ehtiva edən səs yazılarını toplayır və sairə. Ardından isə Nizami Sadıqov haqqında məlumatlar mətbuat səhifələrini bəzəməyə başlayır.
Mənbə Raqub Məmmədova yardım edən həmin məmurun kimliyi ilə bağlı ad çəksə də, bəzi dəqiqləşdirmə apardıqdan sonra bu barədə məlumat verməyi gərək bildik. Eyni zamanda, bu prosesin ən incə detallarına qədər bütün ayrıntılar yaxın günlərdə oxucuların ixtiyarında olacaq.