34 saylı TSEK-də hələ də xəstənin fəryadını eşidən yoxdu
Tarix: 9-07-2015, 10:52 |
Çap et
Saytımızda neçə gündür ki, İmişli rayon sakini Xəqani İbrahimovun himayəsində olan Abbas İbrahimovun rayonda sosial yardım ala bilməməsindən yazırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 34 saylı Tibbi Sosial Ekspert Komissiyasında faktiki olaraq xəstə olan şəxs psixaloji problemlərinin olmasına baxmayaraq və əlindəki bütün sənədlərinə ramən yardımdan məhrum edilib. Xəstə olan, fiziki qüsurlu Abbas İbrahimov atasının da eyni xəstəliyin daşıyıcısı olması səbəbindən əmisi Xəqani İbrahimovun himayəsindədir. Bununla belə fiziki qüsuru olan bu gənc rəsmi olaraq Qarabağ qazisi olmuş, babası Abbasəli İbrahiomvun oğlu kimi qeydiyyata alını. Abbasəli İbrahimov İmişli Şəhər Polis Bölməsinin əməkdaşı olub. Qarabağda gedən döyüşlərdə iştirak edib və yaralanıb. Daha sonra isə dünyasını dəyişib.
GUNDEMİNFO.AZ-a müraciət edən Xəqani İbrahimov yazır ki, uzun illər himayəsində olan Abbas İbrahiomun adına yardımlar təyin edilib. Lakin 34 saylı TSEK-də rəhbər dəyişikliyindən sonra Ərkinaz Məmmədovun vəzifəyə gətirilməsi ilə yardım ləğv edilib. Şikayətçi qarşılaşdığı problemlə bağlı dəfələrlə ƏƏSMN-ə müraciət etsə də, heç bir nəticəsi olmayıb. O iddia edir ki, 1 saylı Nevralogiya Dispanserindən aldığı xəstəlik arayışı 34 saylı TSEK-də qəbul edilmir. Rəis Ərkinaz Məmmədova sənədin qanunsuz olduğunu billdirir. Şikayətçi bu sənədin qanunsuz olduğunu sübutlamaq üçün rəisdən rəsmi arayış verməsini də istəyir.
Artıq neçə gündür ki, bu mövzu ilə bağlı olaraq yazdığımız şikayətə «KİV Haqqında» qanunun tələblərinə uyğun olaraq qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, nəticəsi yoxdur. Əvəzində 34 saylı TSEK-in rəisi Ərkinaz Məmmədova şikayət edən vətəndaşlara hədə-qorxu gəlir və hətta saytın rəhbərliyini tutduracağını bildirir.
Aşağıdakı sənəddən də görünür ki, Abbas İbrahimov hələ uşaq yaşlarından orta təhsil alap bilməyib. Onun fiziki qüsuru səbəbindən həkimlər 2-ci sinifdən etibarən dərsə getməməsinə dair rəy veriblər. Bununla belə bu adamın sağlam olduğu iddia olunur.
Redaksiya olaraq bəyan edirik ki, GUNDEMİNFO.AZ bu mövzu ilə bağlı olaraq əlacsız qalan bir vətəndaşın şikayətini tam sübutlarla(video-foto-sənədlər), yayımlayıb. Bu mövzu ilə bağlı biz tərəf olmadığımızdan dövlət qurumunun rəhbərinin niyə problemlə bağlı olaraq açıqlama vermək əvəzinə hədə yolunu seçməsi isə başa düşülən deyil.
Bununla belə yenə də qarşı tərəfin mövqeyini olduğu kimi işıqlandırmağa hazır olduğumuzu bəyan edirik və bildiririk ki, istənilən bir Azərbaycan vətəndaşı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə ünvanladığı kömək müraciətini yayımlamaqla bağlı prinsiplərimizdən bizi hansısa kiçik məmurun hədələri çəkindirə bilməz.