Lerikin Mədəniyyət və Turizm Şöbəsində qanunsuzluqlar
Tarix: 7-07-2015, 11:32 | Çap et
Lerikin Mədəniyyət və Turizm Şöbəsində qanunsuzluqlar
“Bizi işdən çıxarmaqla iki ay alacağımız məzuniyyət pulunu mənimsəmək istəyirlər".

Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aqil Sucayev işçiləri kütləvi şəkildə işdən azad edib. Bu barədə arqument.az-a məlumat daxil olub. Məlumatlara görə, Aqil Sucayev Mədəniyyət və turizm şöbəsində çalışan işçilərə ərizə yazdıraraq onları iki ay müddətində işdən çıxarıb.
Sucayev bildirib ki, şöbənin müvafiq qurumlarında işləyən şəxslər sentyabr ayında yenidən işə götürüləcək. İşdən çıxarılanlar mədəniyyət idarələrində, klublarda, turizm şöbələrində, kitabxanalarda və s. çalışanlardır.
Şikayətçilər bildirir ki, bu qanunsuzluğa etiraz edənlərə Sucayev tapşırığın nazir tərəfindən verildiyini deyib: "Bizi işdən çıxarmaqla iki ay alacağımız məzuniyyət pulunu böüşdürmək istəyirlər.
Biz müvafiq qurumlara, nazirliyə, Prezident Administrasiyasına müraciət edəcəyik.
Şikayətçilər hesab edirlər ki, nazirlik və şəxsən nazir Əbülfəs Qarayev bu məsələni nəzarətinə götürüb araşdıracaq: "Ümid edirik ki, cənab nazir bu məsələni araşdırıb səsimizə səs verəcək. 100 manat maaş alırıq, onunla dolana bilmirik. Artıq indi onu da əlimizdən alırlar. Kim zəmanət verir ki, bizi iki aydan sonra yenidən işə bərpa edəcəklər? Yəqin ki, iki aydan sonra çağırıb deyəcəklər ki, gətirin pul verin sizi işə götürək". Müraciətdə bildirilir ki, şöbə müdiri Aqil Sucayev bu ilin yanvar ayında onlarla klubu və mədəniyyət idarəsini bağlayıb, 50-dən çox işçini ixtisar edib: "Bizdən əvvəl də belə elədilər. Bir neçə klubu və mədəniyyət idarəsini bağladılar. 60 nəfərə yaxın işçini ixtisar elədilər. Kitabxanalar bağlandı, idarələr klub səviyyəsinə endirldi. Xeyli ştat ləğv olundu.
Sonra ixtisara düşən şəxslərdən 1000 AZN istədilər ki, işə bərpa etsinlər. 100 manat maaş alan şəxs 1000 manat necə verə bilər? Deməli, o, 1 il işləməlidir ki, Aqil Sucayevə verdiyi pulu ödəsin. Hazırda rayonda anarxiya və məmur özbaşınalığı baş alıb gedir. Xahiş edirik ki, bizə yardım edin, qoy səsimizə səs verən tapılsın".
Qeyd edək ki, baş verənlərlə bağlı kifayət qədər faktlar var. Araşdırmalarımız davam edir. Hadisənin geniş təfərrüatını dərc edəcəyik.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net