Qərib Məmmədovun keçmiş işçiləri maaşsız qalıblar...
Tarix: 1-07-2015, 11:11 | Çap et
Qərib Məmmədovun keçmiş işçiləri maaşsız qalıblar...
Bu il fevralın 5-də Prezidentin fərmanı ilə ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyində olmuş, hazırda da fəaliyyət göstərən 4 təşkilatın əməkdaşları dörd ayın əmək haqqını ala bilmir. Odur ki, Dövlət Yerquruluşu Layihə İnstitutu, Dövlət Aerogeodeziya Müəssisəsi, Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi və Bakı Kartoqrafiya Fabrikinin işçiləri yaranmış durumdan şikayətçidirlər.
Əmək haqqının verilməməsinin səbəbi ilə maraqlananda onlara bildirilib ki, Maliyyə Nazirliyi bu təşkilatın işçiləri üçün dövlət büdcəsindən ayrılmış vəsaiti hesaba köçürmür. Həmin 4 struktur vahidində ümumilikdə 2000 nəfərə yaxın işçi çalışır.
Məsələ ilə bağlı olaraq 22 aprel 2015-ci il tarixdə Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyevin elektron ünvanına sorğu göndərdik. O, məktubumuzu aldığını deyərək, şikayətin nazirliyin müvafiq şöbəsində araşdırıldığını bildirdi. Araşdırmanın nəticəsini sorğuya cavab olaraq göndərəcəyini də dedi. İki aydır ki, nə sorğuya, nə də zənglərə M.Piriyev cavab vermir





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net