"Təzə Bazar" real təhlükə mənbəyidir
Tarix: 10-06-2015, 06:57 | Çap et
"Təzə Bazar" real təhlükə mənbəyidir
Çünki növbəti belə bir faciənin yaşanmasının qarşısı alındı. Amma deyəsən, bəzi sahibkarlar əlaqədar qurumların göstəriş və tapşırıqlarına əməl etmək fikrində deyillər. Necə ki, Məmmədağa İbrahimovun direktoru olduğu "Təzə Bazar"la bağlı xoşagəlməz mənzərə yaşanır. Əldə etdiyimiz məlumatlara görə, artıq uzun müddətdir ki, antisanitariya, natəmizlik hökm sürən bazar nəinki xəstəlik mənbəyi, hətta yaşayış üçün real təhlükəyə çevrilib. Belə ki, Məmmədağa İbrahimova məxsus bazarın ərazisində əksər dükanların fasadı tezalışan poliuretan üzlüklərdən ibarətdir. Bu isə istənilən vaxt alışa və həm ticarətçilərə, həm də alıcılara böyük təhlükə yarada bilər. Amma nədənsə, Məmmədağa İbrahimov bütün bunları görmək istəmir. Nəinki istəmir, hətta əlaqədar qurumların tapşırıqlarına əməl etmir.

Görünür, bazarın ərazisində antisanitariya ilə yanaşı böyük təhlükə kimlərisə narahat etmir. Əks halda Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və digər qurumlar adıçəkilən ticarət mərkəzində ciddi yoxlama aparardı və yol verilmiş qayda pozuntusuna görə "Təzə Bazar" rəhbərliyi cərimələnərdi. Məhz elə bu səbəbdən də Məmmədağa İbrahimov ticarət mərkəzini "Burda mən, Bağdadda kor xəlifə" prinsipilə idarə edir.

Bazarla bağlı verilən digər məlumat isə onunla bağlıdır ki, bura ətlər müxtəlif rayonlardan gətirilir. Lakin həmin ətlər həkim komissiyası tərəfindən yoxlanılmadan satışa çıxarılır. Belə ki, ət yarmarkaya gətirilirsə, hökmən onun üstündə baytarlıq xidmətinin möhürü olmalıdır. Yalnız bundan sonra onun satışına icazə verilir. Lakin "Təzə Bazar" MMC-də satılan ətin üstündə heç bir baytarlıq möhürü, sertifikatı yoxdur. Bu səbəbdən də "Təzə Bazar" MMC-dən alınan ət məhsulları qısa müddətdən sonra insan səhhətinə öz mənfi təsirini göstərir. Bunun məsuliyyəti isə birbaşa bazarın rəhbəri Məmmədağa İbrahimovun üzərinə düşür".

Məlumatlı şəxsin sözlərinə görə, "Təzə Bazar" MMC-də hökm sürən digər bir qanunsuz əməl isə qanunla ovlanması, eləcə də satışı qadağan olunan çöl quşlarının satılması ilə bağlıdır. Belə ki, Məmmədağa İbrahimovun direktoru olduğu ticarət mərkəzində hazırda ovu qadağan olunmuş, həmçinin nəsli tükənməkdə olan quşların satışının açıq şəkildə həyata keçirilməsi hallarına tez-tez rast gəlinməkdədir. Bundan başqa, əldə etdiyimiz bilgilərə görə, "Təzə Bazar" MMC-də gecə saatlarında qanunsuz olaraq gizli ət satışı həyata keçirilir. Bununla bağlı dəfələrlə MMC rəhbərliyinə məlumat verilsə də, Məmmədağa İbrahimov deyilənlərə əhəmiyyət vermir.
"Gündəlik Bakı"nın araşdırma qrupu





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net