FHN-nin idarə rəisi də “Bandotdel”-ə aparıldı
Tarix: 27-05-2015, 12:09 | Çap et
FHN-nin idarə rəisi də “Bandotdel”-ə aparıldı
Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilən, Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin rəisi Raqif Muradov bir neçə gündür ki, həbsdədir.

O, Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel”) saxlanılır. Həbsin motivləri açıqlanmır.

Bu barədə istiqlal.az-a hüquq mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Mənbənin məlumatına görə azad olunması müqabilində Muradovdan bir neçə milyon manat pul tələb olunub. Bəzi versiyalara görə, onun ailə üzvlərinin təsisçisi olduğu şirkətlərin də Beynəlxalq Banka bir neçə milyon dollar borcu olub. Raqif Muradov əvvəllər də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşı olub və işdən azad olunaraq həbs edilib. Bu onun ikinci həbsi sayılır. Onun saxlandığı yer ailə üzvlərindən gizli saxlanılır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net