Bəzi əcnəbilərə Azərbaycanda uzunmüddətli yaşamaq icazəsi veriləcək
Tarix: Bu gün, 14:15 | Çap et


Milli Məclis Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihədə həmçinin iş icazəsinin alınmasının tələb olunmadığı hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi əksini tapır.

Belə ki, aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.

İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək tətbiq olunacaq.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net