"Təzə Pir" məscidi ətrafındakı tarixi məhəllə abadlaşdırılaraq yenidən qurulacaq
Tarix: 7-08-2025, 16:20 | Çap et


"Təzə Pir" məscidi ətrafındakı və Baş planla ictimai-işgüzar zona kimi müəyyən edilmiş ərazidə tarixi məhəllənin də Bakının özünəməxsus şəhərsalma və memarlıq nümunəsi kimi ətraf mühitə və yeni şəhərsalma strukturuna inteqrasiyası üçün müasir standartlara uyğun abadlaşdırılması və yenidən qurulması planlaşdırılır.

Vertikal.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu deyib.

O bildirib ki, layihə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət (memarlıq) abidələrinin mütləq şəkildə saxlanılaraq qorunmasını və abidə olmayan, lakin tarixi dəyəri olan bir sıra digər binaların saxlanılaraq məhəllənin ümumi konsepsiyasına uyğunlaşdırılmasını nəzərdə tutur.




Xəbərlər
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
29-07-2025 15:30
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net