İqtisadi proqnoz: Gələn il Azərbaycanı nə gözləyir? - İNCƏLƏMƏ
Tarix: 26-11-2023, 14:06 | Çap et


“2024-cü ildə təxminən 2023-cü ilin iqtisadi göstəriciləri təkrarlanacaq”.

Bunu Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

O bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə tikinti-bərpa işləri aparılır, bununla da perspektiv iqtisadi inkişaf imkanları açılır. Amma bizim iqtisadiyyata yanaşmamız dəyişmədiyi müddətdə hər hansı ciddi fərqlər gözləmək yanlış olar.

Hesab etmirəm ki, gələn il bizim iqtisadi fəaliyyətimiz bu ilə nisbətən uğurlu olacaq. Uğur qazanmaq üçün nələrisə dəyişmək, islahat aparmaq və iqtisadiyyatın inkişafına şərait yaratmaq lazımdır. Lakin mən bu istiqamətdə hər hansı bir işin aparıldığını görmürəm.

Bu il dövlət müəssisələrinin imkanları bir qədər də genişləndirilib. Hesab edirəm ki, bu tendensiya gələn il də davam edəcək. Məsələ burasındadır ki, bazar iqtisadiyyatı modeli əsasında fəaliyyət göstərən ölkələrdə həmişə özəl sektorun inkişafına daha çox diqqət ayrılır. Ölkədə özəl sektorun inkişafı üçün çox az iş görülür, bu da ölkədə iqtisadi inkişafı cilovlayan əlamətlərdən biridir.

Dövlət özəl sektora nəzarət etməlidir ki, hər kəs qaydalara uyğun olaraq fəaliyyət göstərsin, ölkə daxilində istehsal genişlənsin və bizim xaricdən asılılığımız azalsın.

Hazırda işğal olunmuş ərazilərdə də özəl sektorun inkişafına ciddi önəm verilmir, rəqabət mühiti yoxdur. Buna görə də 2024-cü ildə də əsaslı dəyişikliyin olacağını düşünmürəm”.





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net