Azərbaycanda yeni sığınacaqlar yaradıla bilər
Tarix: 19-07-2023, 11:19 | Çap et
Azərbaycanda yeni sığınacaqlar yaradıla bilər

“Ölkədə yeni sığınacaqların yaradılmasına, mövcud sığınacaqların zəruri standartlara çatdırılmasına çalışırıq”.

Vertikal.az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, hazırda ölkədə dörd QHT tərəfindən yaradılan beş fəal sığınacaq var:

“Lakin bu sığınacaqların imkanları yüksək deyil. Qəbul edilən şəxslərin sayı məhduddur. Biz bu istiqamətdə dəstəyimizi əsirgəmirik. Sığınacağa ehtiyacı olan şəxslərin müvafiq qaydada yerləşdirilməsi üçün yönləndirməyə çalışırıq. Əlbəttə ki regional sığınacaqların olması vacibdir. Yaxın zamanda yeni sığınacaqların fəaliyyət göstərməsi gözlənilir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net