Bu tələbələr işlə təmin olunacaq
Tarix: 27-12-2022, 23:38 | Çap et


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) və Azərbaycan Tibb Universiteti (ATU) arasında birgə əməkdaşlığa başlanılıb.

Vertikal.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində ölkədə kadr hazırlığı prosesinə dəstək, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində kadr çatışmazlığının aradan qaldırılması və tələbələrin iş mühiti ilə tanışlığına şərait yaratmaq kimi məsələlər nəzərdə tutulub.

Bu gün TƏBİB-in tabeliyindəki “Yeni klinika” tibb müəssisəsində Azərbaycan Tibb Universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları ilə bağlı görüş keçirilib.

Görüşdə çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru Sabir Əliyev universitetində təhsil alan III, IV, V və VI kurs tələbələrinin TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə orta tibb işçisi kimi cəlb olunmaları istiqamətində görüləcək işləri yüksək qiymətləndirib. Prorektor bildirib ki, tələbələrin hələ təhsil aldıqları müddətdə işlə təminatı və əmək mühiti ilə tanış olması onların gələcək karyeralarında mühüm rol oynayacaq.

TƏBİB-in tabeli tibb müəssisələrinin rəhbərləri də işin təşkili barədə iştirakçılara geniş məlumat verib.

Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net