Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 822 599 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 812 228 nəfər müalicə olunaraq sağalıb, 9 932 nəfər vəfat edib, aktiv xəstə sayı 439 nəfərdir.
Ölkədə son sutka ərzində 2 332, hazırkı dövrədək isə 7 289 143 test aparılıb.