Azərbaycanda bank 11,9 milyon manatlıq səhm buraxır
Tarix: 22-07-2022, 10:15 | Çap et


21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,9 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, 2022-ci ilin 10 avqust tarixinədək abunə yazılışı həyata keçiriləcək. Bakı Fond Birjasının ticarət qaydalarına əsasən abunə yazılışı başa çatdıqdan sonra 5 iş günü müddətində qiymətli kağızların ticarəti baş tutacaq. Qeyd edək ki, 4 375 000 ədəd adi adlı sənədsiz səhmlərin nominal dəyəri 2.72 manatdır.

Yerləşdirmə üzrə anderrayter isə “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net