Böyük bərpa – yenidən qurma və dayanıqlı inkişaf məqsədləri postmüharibə dövrünün mürəkkəb səhifəsi kimi
Tarix: 29-06-2022, 18:54 | Çap et


Respublikamızda hər bir quruculuq işində, yenidənqurma və bərpa işlərinin bütün sahələrində biz Ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Azərbaycanın nəinki siyasətində, istənilən sahəsində görülən dinamika Heydər Əliyev irsinə sadiqlik nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin, səmərəli və gələcəkyönümlü fəaliyyəti, dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasındakı müstəsna xidmətləri Azərbaycanı sürətlə inteqrasiyaya, siyasi sabitliyə və potensiyasının dünya miqyasında tanıdılmasına, öndərlik və liderliyi ələ almasında mühüm rol oyanyır. Dövlət başçısının ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməsi, inflyasiya, böhran və müharibə yaşayan dünyamızda ölkəsini, millətini düşünərək addım atması onun bacarığından xəbər verir. Bu dəyərli siyasi və insani xüsusiyyətləri ilə sevilən İlham Əliyevin tez-tez dünya miqyaslı tribunalardakı çıxışı, mühüm toplantı və forumlardakı iştirakı, qlobal və modern dünya problemlərinə yanaşması və dayanqılı inkişafdakı rolu danılmazdır və dünya ölkələri tərəfindən qiymətləndirilməlidir. Belə ki, son dövrlərin diqqətdə olan siyasi lideri, Azərbaycan kimi müharibə dövrünün qalibi, böhran zamanəsinin dayanıqlı və güclü dövlətinin başçısı İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasındakı çıxışı ölkəmizə və qonşu dövlətlərinə olan həssas və ağıllı yanaşması Azərbaycanın imajını beynəlxalq arenada mökəmləndirir və beynəlxalq fikrin formalaşmasında mühüm rol oynayır. Birləşmiş Millətlər Təşkilatına üzvlüyünə 30 ili tamam olan Azərbaycanın cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş tədbir təşkil etməsi mühüm hadisədir və güclü Azərbaycan dövlətinin tərəqiyyə gedən iti addımlarına nümunədir. Aydındır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi nailiyyətlər, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələrin aparılması asan əldə olunmuş uğur deyil. Müharibə, qəhramanlıqla qazanılmış zəfərdən sonra dağıdılmış, məhv edilmiş, urbisid və kultursidin bariz nümunəsinə çevrilmiş Qarabağ torpaqlarının gələcək həyatına, əhalisinin sosial rifahına söykənən müzakirələr “2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni Şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin məqsədi daşıyır və bu addımlar artıq bizim siyasətin Azəbaycanın gələcəyinə dair atılmış və atılacaq perspektivli addımlardan xəbər verir.
Qəsdən dağıdılmış Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndlərin, hər bir mədəni və dini abidənin talan edilərək viran qoyulması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhərində yaşayış yerləri, işğaldakı ərazi o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməməsi xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələrini heyrətə salmışdır. Azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək, təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları ilə fikir mübadiləsində olmaq, mövcud təcrübələrindən faydalanmaq, həmçinin Azərbaycan ilə UN-HABITAT arasında Ağdamda illik Milli Şəhər Forumunun təşkil olunması məsələsinin müzakirəsi Azərbaycanın beynəlxalq nailiyyəti və siyasi nüfuzunun artmasına səbəbdir.
Sərmayədarlara və sahibkarlara açıq olan Ağdamda ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkının artıq fəaliyyət göstərməsi, on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşası, Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı istifadəyə hazır hala gətirilməsi,işğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisinin davam etməsi Azərbaycanı mükəmməllik laboratoriyasına çevirir. Bu prosesdə ətraf mühitin qorunmasının prioritet hesab olunması, keyfiyyət və sürətin vəhdəti, yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti yaradacaqdır. Yenidənqurma prosesində bu işlərin Azərbaycanın öz maliyyə resursları hesabına aparılması Azərbaycanın nəhəngləşən iqtisadiyyatından və doğru idarəetmədən qaynaqlanır.
Ümumdünya Şəhər Forumundakı çıxışında işğaldan azad edilmiş ərazilərdə şəhərsalma prosesinə UN-HABITAT-ın ekspertlərinin cəlb olunması ilə bağlı danışıqlar aparıldığını qeyd edən Prezident İlham Əliyev “Biz azad edilmiş ərazilərimizin yenidən qurulması sahəsində UN-HABITAT ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq və təşkilatın mütəxəssislərinin yenidənqurma prosesinin iştirakçıları olmasını gözləyirik” deməklə, işğaldan azad edilmiş torpaqlarımızdakı yenidən qurmalara olan ciddi və həssas münasibətini, şəhər və kəndlərimizin gələcəyinə olan baxışını bildirdi. Həmçinin bu yaxınlarda Azərbaycanın təşkilata 1,5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfə etməsi ilə dünyanı özünə heyran etdi və ən ümdə məqsədi olan Azərbaycan dövlətinin tanıdılması və siyasi tarixdə unudulmaz mövqe qazanmasında, millətinin gələcəyi ilə bağlı əlindən gələni əsirgəmədiyini, Vətən sevgisini hər çıxışında, siyasi addımında olduğu kimi dönə-dönə sübut etdi.

Məlikbəyli Firəngiz
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin
direktor səlahiyyətlərini icra edən





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-08-2022 11:30
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net