İdarə rəisi işləmiş baş həkim İŞDƏN ÇIXARILDI
Tarix: 28-04-2022, 12:57 | Çap et
İdarə rəisi işləmiş baş həkim İŞDƏN ÇIXARILDI
7 saylı doğum evinin baş həkimi Leyla Seyidbəyli vəzifəsindən azad edilib.

Musavat.com Unikal.org-a istinadla xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

V.Qurbanovun digər əmri ilə, doğum evinin baş həkimi vəzifəsinə Səadət Şəmiyeva təyinat alıb.

Qeyd edək ki, işdən çıxarılan Leyla Seyidbəyli 2012-ci ilə qədər Bakı şəhər Səhiyyə İdarəsinin rəisi, 2012-ci ildən 2018-ci ilədək isə Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsində çalışıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net