Deputat pandemiya cərimələrinin ləğvini təklif edib
Tarix: 12-04-2022, 11:52 | Çap et


“AZAL-ın PCR test tələbini ədalətsiz qərar sayıram. İstanbul hava limanında niyə bizim vətəndaşlarımız PCR test verməlidir?”

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, demək olar ki, hər kəs peyvənd olunub: “Bir kağız parçasına elə qiymət qoyublar ki... PCR test tələbi ləğv edilsin, quru sərhədləri açılsın, gözü yollarda qalan hotellər də turistləri qəbul etsin”.

R. Nurullayev pandemiya dövründə müvafiq tələblərin pozulması ilə bağlı yazılan cərimələrin ləğv edilməsini də təklif edib: “Qonşu Gürcüstan bu addımı atıb. Ona görə də parlamentin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və bu layihəni müzakirəyə təqdim etməsini təklif edirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net