Baş nazirlik institutu ləğv edilməlidir? - "Artıq öz əhəmiyyətini itirib"
Tarix: 29-03-2022, 13:16 | Çap et
Baş nazirlik institutu ləğv edilməlidir? - "Artıq öz əhəmiyyətini itirib"

“Azərbaycanın siyasi sitemində, idarəçilik formasında xeyli islahatlara ehtiyac var”. Dia.az xəbər verir ki, bu fikirləri Azərbaycanda mövcud siyasi sistem haqqında danışan AĞ Partiyanın sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında deyib.

Tural Abbaslı Baş nazirlik institutunun ləğv edilməsinin tərəfdarı olduğunu vurğulayıb:

“Hansısa orqanın rəhbərliyinin o işin öhdəsindən gəlməməsi o quruma ehtiyac olmadığı anlamına gəlmir. Amma Azərbaycanda Baş nazirlik institutu, əslində, qanunvericiliklə də öz əhəmiyyətini itirmiş sayılır. Çünki sonuncu Konstitusiya dəyişikliyindən sonra Azərbaycanda vitse-prezidentlik institutu yaradıldı və faktiki olaraq prezidentdən sonra ən səlahiyyətli şəxs vitse-prezident sayılır. Hesab edirəm ki, bu iki institut, yəni Baş nazirliklə vitse-prezidentlik institutu mahiyyət etibarilə bir-birilərilə toqquşurlar. Vitse-prezidentlik varsa, artıq Baş nazirlik ləğv olunmalı, səlahiyyətlər vitse-prezidentə verilməlidir.

Ümumiyyətlə, dövlət idarəçiliyində islahatlara ehtiyac var. Baş nazirlik institutu ləğv olunmalı, vitse-prezidentlik institutu yaradılmalı, funksiyalar müəyyən edilməlidir. Parlamentin səlahiyyətləri indikindən çox olmalıdır. Demirəm, tam parlamenli respublika olmalıdır, mən bunun tərəfdarı deyiləm. Nazirlərin parlament qarşısında hesabatlılığı olmalıdır – simvolik mənada yox, ildə bir dəfə məruzə etsinlər, vəssalam, belə yox. Həmçinin parlamentin formalaşması proporsional sistemə keçirilməlidir. Düşünürəm ki, Azərbaycanın siyasi sitemində, idarəçilik formasında xeyli islahatlara ehtiyac var. Azərbaycanda formalaşmış yeni reallıqlar bunu tələb edir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net