Mart ayının 22, 23, 24-də Lənkəran-Astara bölgəsində-Masallı və Yardımlıda fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı, lakin ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcəyi gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlə Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, yağıntılı hava şəraiti ilə əlaqədar bölgənin çaylarında yüksək sululuğun artacağı ehtimal olunur.