Azərbaycan yalnız ölkə hüdudlarında deyil, qlobal səviyyədə koronavirusla mübarizəni dəstəkləyir
Tarix: 1-03-2022, 11:01 | Çap et
Azərbaycan yalnız ölkə hüdudlarında deyil, qlobal səviyyədə koronavirusla mübarizəni dəstəkləyir

Bu gün bütün dünyanı bürümüş ən təhlükəli qlobal problemlərdən biri kimi COVİD-19 pandemiyası öz aktuallığını saxlayır. Hələ də bu problemin aradan qaldırılması üçün yollar axtarılır. İnkar etmək olmaz ki, 2 il bundan əvvəl-2020-ci illə müqayisədə bu sahədə xeyli işlər görülüb. Bu fəaliyyətin nəticəsində müəyyən irəliləyişə də nail olunub.

Azərbaycanda COVİD-19 pandemiyası ilə bağlı istər ölkə daxilində, istərsə də iqtisadi cəhətdən zəif olan ölkələrə bu sahədə yardım göstərilməsi baxımından yüksək səviyyədə addımlar atılıb.

Bununla belə pandemiya ilə mübarizədə hələ də həll olunmamış ciddi problemlər mövcuddur.

Elə bu problemlərlə bağlı olaraq fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksək səviyyəli tematik müzakirə keçirilib. Bu müzakirədə Qoşulmama Hərəkatının sədri kimi Hərəkata üzv dövlətlərin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib. Bu hadisə təsadüfi deyildi. Çünki Azərbaycan pandemiya ilə mübarizədə hər zaman dünyada qabaqcıl ölkələr sırasında olmuş, əhəmiyyətli, ciddi addımlar atmışdır.

Bunu demək kifayət edir ki, məhz Azərbaycanın təşəbbüsü ilə COVİD-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım edib, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində maliyyə yardımı göstərilib.

Prezident İlham Əliyev öz çıxışında pandemiyanın qarşısının alınmasında BMT-nin roluna, Qoşulmama Hərəkatının uğurlu təşəbbüslərinə yer verdi. Bundan başqa, Cənab Prezident peyvəndlərin ədalətsiz bölgüsü, “peyvənd millətçiliyi” haqqında da fikirlərini bildirdi. Onu da qeyd etmək lazımdır ki, İlham Əliyev vaksinlərin ədalətsiz bölgüsü haqqında fikir bildirən ölkələrdən, bəlkə də, birincisidir. Cənab prezident çıxışında bildirdi ki, az və orta gəlirli ölkələrdə peyvənd tədarükünün aşağı səviyyədə olması bu sahədə hələ çox işlərin görülməsi lazım olduğunu göstərir. Digər bir problem olan “peyvənd millətçiliyi” ilə bağlı İlham Əliyev qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib.

Qoşulmama Hərəkatının uğurlu təşəbbüsləri İlham Əliyevin çıxışında xüsusi yer tuturdu. Prezident qeyd etdi ki, Hərəkatın əməkdaşlıq və həmrəylik ruhunda geniş beynəlxalq ictimaiyyətin səylərini fəal şəkildə səfərbər etmiş, bir sıra mühüm təşəbbüslər irəli sürmüşdür. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyyasının keçirilməsi, həmçinin 2021-ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr buna nümunə ola bilər.

İlham Əliyev COVİD-19 ilə effektiv mübarizə haqqında fikirlərini bildirdi. Bütün ölkələri, beynəlxalq təşkilatları, aidiyyəti tərəfdaşları peyvənd istehsalı, onun paylanılması və ədalətli qiymət qoyuması üçün addımlar atmağa çağırdı. Cənab prezidentin fikrincə, bu

sahədə işlərin görülməsi ilə peyvəndin lüzumsuz artıq tədarükünün qarşısını almaq mümkün olar.

Respublikamızda pandemiyanın vəziyyəti, onun nəzarətdə saxlanılması İlham Əliyevin çıxışında xüsusi yer tuturdu. Azərbaycanda peyvəndlənmə haqqında məlumat verən İlham Əliyev əhalinin 68 faizinin hər iki dozada peyvəndləndiyini vurğuladı. Azərbaycanda son dalğanın azalmaqda olduğunu vurğulayan cənab Prezident bu sahədə ölkənin əldə etdiyi təcrübələr haqqında məlumat verdi. Sadəcə pandemiyanın qarşısını almaq sahədə işlər görülməmiş, həmçinin bu səbəbdən əziyyət çəkmiş, əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün dövlət büdcəsindən maliyyə yardımı da ayrılmışdır.

Azərbaycan yalnız ölkə hüdudlarında deyil, qlobal səviyyədə koronavirusla mübarizəni dəstəkləyir. İlham Əliyev Azərbaycanın birbaşa və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla bərabər, 5 ölkəyə peyvənd ianəsi edilmişdir.

Çıxışının sonunda cənab prezident pandemiya ilə mübarizədə daha böyük addımların atılması üçün işlərin planlaşdırıldığını, 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesinin davam etdirildiyini vurğuladı.

Bakı şəhəri , Dilavər Məmmədzadəadına 232 nömrəli tam orta məktəbin direktoru Nisə Fərəcova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net