Azərbaycan müstəqil tarixi tərəfdaşlığını qoruyub saxlayan, müttəfiqliyi ilə beynəlxalq səviyyədə həm kömək edən, həm də lazımi məqamlarda kömək olunan ölkələr sırasındadır
Tarix: 1-03-2022, 10:56 | Çap et
Azərbaycan müstəqil tarixi tərəfdaşlığını qoruyub saxlayan, müttəfiqliyi ilə beynəlxalq səviyyədə həm kömək edən, həm də lazımi məqamlarda kömək olunan ölkələr sırasındadır

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

İlk öncə qeyd etmək lazımdır ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Çünki Rusiya ilə Azərbaycan arasında 200-dən artıq sənəd imzalanıb. Dövlətlərarası münasibətlər qurulduqdan 30 il keçdikdən sonra onlar artıq müttəfiqlik səviyyəsinə çatıb. Təbii ki, biz qonşu və sərhəd ölkə kimi hər zaman Rusiya Federasiyası ilə sıx əlaqələr qurmuşuq. Ölkələrimizdə baş verən prosesləri diqqətlə izləmişik, lazım gələrsə bir çox sahədə bir-birimizə dəstək olmuşuq.

Münasibətlərin indiki formatı isə ali formatdır. Yəni bundan yüksək format praktiki olaraq yoxdur. Hal-hazırda imzalanmış bəyannamə də uzun illər boyu aparılmış çox ciddi işlərin nəticəsidir. Çünki bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Elə bir sərhəddir ki, burada Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər ticari-iqtisadi, nəqliyyat ,humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş, şəkksiz yol xəritəsi reallaşma mərhələsindədir.

Eyni zamanda görüş zamanı Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərə də toxunuldu. Cənab İlham Əliyevin bu barədə cavabı fəaliyyətə başlamadan bir münasibətin olduğunu, dialoq üzrə tərəfdaşlığın isə davam etdiyini bildirməsi də diqqət cəlb etdi.

Rusiya ilə başlanan digər inteqrasiya layihələrinə nəzər salsaq görərik ki, biz bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb.

Təbii ki, Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə Azərbaycanın etimadlı yaxın dostluq münasibətləri var.

Cənab Prezidentin də çıxışında vurğuladığı kimi Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur. Digər dillərdə təhsilə də nəzər salsaq rus dilində təhsilin qorunması düşünülmüş siyasətdir. Belə ki, istər rus dilində təhsil almaq istəyən azərbaycanlıların, istərsə də qeyri azərbaycanlıların belə imkanlarının olması iqtisadi-siyasi əlaqələrə də təkan verən faktorlardandır.

Müttəfiq ölkə bununla bərabər “bir millət iki dövlət” kimi yaxın münasibətə malik qardaş Türkiyə ilə münasibətlərimizə toxunan cənab Prezident bir çox prioritetləri diqqətdə saxladı. Müstəqil dövlət kimi yarandığı ilk gündən mənəvi dəstəyini ilk olaraq Türkiyədən alan Azərbaycan müstəqilliyini tanıması ilə də bir daha dostluğumuzun hansı səviyyədə olmasından xəbər verirdi. Vətən müharibəsində ən böyük maddi və

mənəvi köməyini əsirgəməyən Türkiyənin bu gün də işğaldan azad edilmiş ərazilərimizdə də fəaliyyəti danılmaz olduğunun şahidi oluruq.

Bu gün artıq Azərbaycan müstəqil tarixi tərəfdaşlığını qoruyub saxlayan, müttəfiqliyi ilə beynəlxalq səviyyədə həm kömək edən, həm də lazımi məqamlarda kömək olunan ölkələr sırasındadır. Çünki müstəqil, təbii sərvətləri ilə öz iqtisadiyyatını, öz mənafeyini qorumaq iqtidarında olan bir ölkədir. Dünyanı cənginə alan pandemiya bütün dünya əhalisini çətin vəziyyətlə qarşı-qarşıya qoyub. Təbii ki, bunun tək yolu vaksinasiyadan keçir. İnkişaf etməkdə olan ölkələr arasında vaksinasiya səviyyəsi inkişaf etmiş ölkələrlə müqayisədə olduqca aşağıdır. Müttəfiqlik siyasətindən danışarkən onuda qeyd etmək lazımdır ki, Azərbaycan təqribən 10 ölkəyə maliyyə yardımı və humanitar yardım göndərib. Ölkəmiz həm daxildə, həm xaricdə nümunəvi ölkə kimi dəyərləndirilib.

Bəli nümunəvi ölkə. O ölkə ki həm sakit şəraitdə, həm müharibə şəraitində xalqla bir oldu, xalqla yumruğunu birləşdirdi.

Xalqına həqiqətləri söylədi. Ona görə də biz qalib olduq, bizə həsəd apardılar. Dünya ölkələri bizim hərbi təkliflərimizdən bəhrələnməyə çalışırdılar. Müzəffər ordu, güclü Ali Baş Komandan, mübariz xalq.

Bu 3-lünün birliyi ən böyük müttəfiqlikdir, ən böyük uğurdur.

Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin müəllimi Ayşat Qasımova





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 077 333-72-33 E-mail : [email protected]
Designed by Daraaz.net