İcbari Tibbi Sığorta Dövlət Agentliyi elan etdiyi tenderin qalibini açıqlayıb. DİA.AZ FED.az-a istinadla xəbər verir ki, 2 204 448 manatlıq tenderin qalibi "İlk Az" MMC-dir.
Tenderlə Bakı şəhəri və regionlarda yerləşən modul tipli xəstəxanalarda (generetor, transformator, elektrik panelləri, qazanxana, işıqlandırma, havalandırma, oksigen sistemləri və s) 12 aylıq dövr üzrə texniki servis, təmir və profilaktik baxım xidməti göstəriləcək.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.