Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi - Diqqət!
Tarix: 3-12-2021, 09:48 | Çap et
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşlara müraciət etdi - Diqqət!

DİA.AZ: - Başa çatmaqda olan ilin son ayının birinci şənbə günü - dekabrın 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər sanitariya gününün keçirilməsi qərara alınıb. Bu barədə DİA.AZ-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Gün ərzində şəhərin prospekt və küçələri, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulacaq, zədələnmiş ağaclar budanacaq, digər təmizlik və dezinfeksiya işləri görüləcəkdir.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini bu təmizlik işlərində fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.

Gəlin qalib ölkənin paytaxt sakinləri olaraq yeni ili təmiz şəhərlə qarşılayaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net