Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalkoya Xızıda ötən gün baş vermis helikopter qəzası ilə bağlı başsağlığına görə təşəkkür edib.
“Bizimyol.info” xəbər verir ki, nazirlik tviterdəki hesabında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Peter Mixalko Azərbaycana faciə ilə bağlı başsağlığı verib.
“Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində insan tələfatı məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, - Aİ rəsmisi tviterdəki hesabında yazıb.
Qeyd edək ki, dünən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 2 nəfərin yaralanıb, 14 nəfər həlak olub. Faktla bağlı Baş Prokurorluq, Hərbi Prokurorluq və DSX-nın peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.