Sərhədi bağlı ölkələrdən olan tələbələrin tədrisinin təşkili yerli ali məktəblərə tapşırılıb
Tarix: 22-11-2021, 11:16 | Çap et
Sərhədi bağlı ölkələrdən olan tələbələrin tədrisinin təşkili yerli ali məktəblərə tapşırılıb

Pandemiya ilə əlaqədar sərhədləri bağlı ölkələrdən Azərbaycan universitetlərinə qəbul olan tələbələrin ölkəyə gəlməsi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 42 ölkədən olan əcnəbi vətəndaşların ölkəyə girişi mümkün olduğundan həmin ölkə vətəndaşı əcnəbi tələbələrin əyani tədrisdə iştirakı təmin edilir. Bununla yanaşı, digər ölkələrin aktiv müvəqqəti yaşama icazəsi vəsiqəsinə sahib olan vətəndaşları da əyani dərslərdə iştirak üçün ölkə ərazisinə daxil ola bilirlər.

Digər əcnəbi tələbələrin əyani tədrisə cəlb olunması üçün aidiyyəti təşkilat qarşısında vəsatət qaldırılıb. Yerli ali təhsil müəssisələrinə ölkə ərazisinə girişinə icazə verilənədək əcnəbi vətəndaşların tədris prosesinin digər formalarda təşkili məsələsinə universitetlərin Elmi Şuralarının səlahiyyətləri çərçivəsində baxılması tapşırılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net