AMEA-nı KOR QOYAN İNKOR MMC... - İTTİHAM
Tarix: 10-11-2021, 11:32 | Çap et
AMEA-nı KOR QOYAN İNKOR MMC... - İTTİHAM
AMEA prezidenti Ramiz Mehdiyevin külli miqdarda vəsaiti mənimsəməkdə ittiham etdiyi Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovla bağlı daha bir iddia irəli sürülüb.

Axar.az-a müraciət edən institut əməkdaşlarından birinin sözlərinə görə, institut direktoru layihələr, qrantlar, dövlət sifarişlərini İNKOR MMC-yə verir və bu şirkət vasitəsilə külli miqdarda vəsait mənimsənilir. Belə ki, İNKOR MMC-nin rəhbəri Vüqar Fərəcov akademik Vaqif Abbasovun kürəkənidir.

Qeyd edək ki, İNKOR MMC Xətai rayonu, Xocalı prospektində yerləşir. Neft və qaz çıxarma, emalı, eləcə də kimya sənaye sahələri və kənd təsərrüfatı üçün korroziya, duzçökmə, parafinçökmə inhibitorları, üzvi həllediciləri, korroziyadan mühafizə boyaları, kompleks gübrələr, ziyanvericilərə qarşı dərman preparatları və s. istehsalını həyata keçirir.

Müəssisə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu ilə birgə tədqiqatlar aparır, hazırlanan məhsulların təcrübə-sənaye sınağı da birgə həyata keçirilir.

İNKOR MMC AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti statusunu 2019-cu ildə alıb. Ötən il özünə ayrıca bina da tikib.

Xatırladaq ki, R.Mehdiyev V.Abbasovun direktor işlədiyi 10 il ərzində külli miqdarda vəsait qazandığını bildirib. Onun sözlərinə görə, müəssisəyə müraciətlər olanda isə V.Abbasov özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə (İNKOR MMC nəzərdə tutulur – red.) tapşırır və pul qazanırlar.

AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını və qeyd edilən məsələlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciətin nəzərdə tutulduğunu da bildirmişdi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net