Şahmar Mövsümov TƏBİB-in fəaliyyətindən DANIŞDI - VİDEO
Tarix: 5-11-2021, 10:56 | Çap et
Şahmar Mövsümov TƏBİB-in fəaliyyətindən DANIŞDI - VİDEO

“Narazılıq tək TƏBİB-dən deyil, vətəndaşlarla işlədikləri üçün eyni zamanda “Azərsu”dan, “Azərişıq”dan da ola bilər”.

Bunu Baku TV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O, TƏBİB-in yaradılmasını uğurlu addım kimi qiymətləndirib:

“Pandemiya dövründə onun fəaliyyəti də yüksək qiymətləndirilir. Hazırda ölkədə pandemiya tam nəzarət altındadır. Bu fəaliyyəti də həyata keçirən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və TƏBİB olub. Onların işi də göz qabağındadır. Bu gün ölkədə COVID-19 xəstələrinin müalicəsində hər hansı bir problem yoxdur”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net