Təhsil Nazirliyindən yeni tədris ilinin başlanması ilə bağlı - AÇIQLAMA
Tarix: 2-09-2021, 21:41 | Çap et
Təhsil Nazirliyindən yeni tədris ilinin başlanması ilə bağlı - AÇIQLAMA

“Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur”.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır:

“Buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək”.

“Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”, - deyə o qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net