Baba Rzayevin ŞOK TALAN ŞƏBƏKƏSİ... - İTTİHAM
Baba Rzayev 15 ildir ki, ölkənin elektrik təsərrüfatı sisteminə rəhbərlik edir. 10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunan Baba Rzayevinelektrik şəbəkədə yüksəlişi və bu sektoru qohum-qardaşı ilə, dostları ilə tam nəzarətinə alması prossesi başlayıb.
Daha sonra B.Rzayev Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib. 3 ildən sonra isə 4 sentyabr 2018-ci ildən "Azərenerji” ASC-nin prezidenti kimi fəaliyyət göstərir.
Baba Rzayev "Azərişıq"dakı şəbəkəsi hələ də bütün maliyyə əməliyyatlarına, bahalı tenderlərə nəzarət edir. Dövlətin istehsal etdiyi elektrik enerjisini satan da alan da elə eyni adamın nəzarətində olan şəbəkədir. Yəni Baba Rzayev "Azərenerji" dən satdığı elektriki "Azərişıq"a yollayır. Nəticədə də elektrik enerjisini satan da alan da eyni adam olur. Bundan sonra aşağı qurum olan "Azərişıq" təsərrüfat sisteminin qurulması, o cümlədən də infrastruktur, yığımlar dövlətə ödənilməli olan vəsaitlərin hesabatlılığı barədə heç kimə bilgi verilmir. Keçirilən tenderləri bir qayda olaraq Baba Rzayevin ailə üzvləri, sinif yoldaşları, tələbə yoldaşları qazanır. Tenderlərin icra vəziyyəti, maliyyə hesabatlılığı barədə heç bir açıqlama verilmir.
GUNDEMİNFO.AZ olaraq kiçik bir araşdırma apardıq. Məlum oldu ki, sonuncu dəfə 2019-cü ildə "Azərenerji" ictimayyətə hesabat açıqlayıb. Qurumun rəsmi saytında (http://www.azerenerji.gov.az/index/page/11/) bu barədə hesabatlarla bağlı araşdırma aparan zaman hətta keçirilən tenderlər, qaliblər barədə də informasiyalar yer almır. Eyni zamanda ictimai nəzarətin təşkili üçün rəsmi qaynaq olan bu saytdan köhnəlmiş və adətən ümumi foto və videoçarxlar vasitəsilə aldatmaca xarakerli məlumatlar yer alır.
Hansı ki, 2020-ci ildə 44 günlük uğurlu hərbi əməliyyatlardan sonra işğaldan azad edilən ərazilərimizdə ən çox investitsiya yatırılan ərazilər məhz azad edilən ərazilərdir. Azad edilən ərazilərdə infrastrukturun əsas elementi olan elektrik enerjisi təchizatı ilə bağlı olaraq külli miqdarda büdcə vəsaiti ayrılıb. 2021-ci ilin büdcəsindən məhz azad edilən ərazilərdə bərpa işlərinin həyata keçirilməsi istiqamətində 2.1 milyard manatın böyük bir hissəsi "Azərişıq" və "Azərenerji"yə həvalə edilib.
Lakin nə media, nə də ictimayyət azad edilən ərazilərdə nə qədər vəsaitin xərclənməsi barədə heç bir informasiya əldə edə bilmir. Elektrik şəbəkəsinin qurulması üçün mal və avadanlıqların alınması, mövcud infrastrukturun dəyərləndirilməsi, bərpası mümkün olan və ya olmayan zonaların qiymətləndirilməsi ilə bağlı da nə "Azərenerji", nə də "Azərişıq" dan heç bir informasiya əldə etmək mümkün deyil. Adətən hər iki qurum jurnalist sorğularına cavab vermir. Nəticə etibarilə də azad edilən ərazilərdə elektrik enerjisi təsərrüfatının mövcud şəraiti barədə və yeniudənqurmanın hansı kateqoriyada həyata keçirilməsi barədə bilgilər gizli saxlanılır.
Gundeminfo.az-a danışan bu şəbəkənin yüksək çinli məmurlarından biri adının çəkilməməsi şərtilə maraqlı iddialar səsləndirir. Bildirir ki, əslində Suqovşan qəsəbəsində elektrik təminatı üzrə bir neçə ay öncə keçirilmiş tender nə yenidənqurma, nə də əsaslı təmir kateqoriyaların aid edilməyib. Yəni sadə dildə ifadə etsək sıfır kateqoriya götürülərək yeni elektrik şəbəkəsinin qurulması sifarişi ilə tender keçirilib. Bununla da sadəcə bir fakt üzrə Suqovşan qəsəbəsində mövcud olan elektrik şəbəkəsinin mal və inventarları yenidən rekonstruksiya olunaraq təkrara yeni avadanlıq və mal kimi rəsmiləşdirilib.
Qeyd edək ki, bununla bağlı olaraq araşdırmalarınız davam edir və güman edirik ki, qarşı tərəf də iddialarla bağlı mövqe bildirəcək.