Bu gündən ictimai nəqliyyatın fəaliyyəti bərpa edildi
Tarix: 16-05-2021, 09:10 | Çap et
Bu gündən ictimai nəqliyyatın fəaliyyəti bərpa edildi

Bu gündən Azərbaycanda tətil günləri ilə əlaqədar ölkə üzrə ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən bir həftəlik məhdudiyyət başa çatıb.

“Report”un məlumatına görə, mayın 16-sı saat 06:00-dan etibarən ictimai nəqliyyat fəaliyyətə başlayıb.

Qeyd edək ki, bu gündən həm də ölkə üzrə iş həftəsi başlayıb. Ölkədə qeyri-iş günləri Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan etibarən başlamışdı.

Bu müddət ərzində dövlət qurumları və ölkə ərazisində ictimai nəqliyyat işləməyib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edilib.

Qərara əsasən, Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net