Yardımlıda rəsmən TALAN VAR...
Tarix: 6-01-2021, 13:19 | Çap et
Yardımlıda rəsmən TALAN VAR...
2020-cu ildə Yardımlı rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 301 min 522 manat məbləğində 5 tender keçirilib.

Dia.az-ın məlumatına görə, İcra hakimiyyəti 4 tenderə 1 milyon 277 min 779 manat xərcləyib. Yardımlı Rayonun İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "Göy-Göl Tikinti" MMC (754 min 111 manat) olmuşdur. "Göy-Göl Tikinti" MMC eyni zamanda 4 tenderdən 3-nün qalibidir.

Yardımlı Rayon Maliyyə İdarəsi tək tender keçirib ki, məbləği 23 min 743 manat, qalibi isə Amaşov Hamlet Ehtimat oğlu olmuşdur.

Dia.az 2020-cu ildə Yardımlı Rayonunda keçirilən tenderləri təqdim edir.

Yardımlıda rəsmən TALAN VAR...

Dia.az bildirir ki, Yardımlı icra hakimiyyətində tenderlərin qalibi kimi tanınan "Göy-Göl Tikinti" MMC şirkəti heçə də özgə birisinə aid deyil. Yerli KİV-də iddia olunan məlumatlara görə, sözügedən şirkət Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Mirzəyev Mahir Xanış oğluna məxsusdur. Görünəni odur ki, Yardımlı RİH rəhbərliyi büdcə pullarını mənimsəmək üçün özlərini heç çətinə də salmaq istəmirlər.

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflıri dinləməyə hazırıq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net