Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısından çıxarılıb.
APA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyev “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.