Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum olub
Tarix: 19-11-2020, 15:15 | Çap et
Noyabrın 21-dən dekabrın 28-dək həftə sonları fəaliyyətinə icazə verilən sahələr məlum olub
Azərbaycanda xüsusi karantin rejimi dövründə 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək həftə sonlarında da fəaliyyətinə icazə verilən sahələr məlum olub.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:

- hüquq mühafizə, məhkəmə orqanları, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

- fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları (qurumları);

- səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

- kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı xidmətləri;

- fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

- apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

- kütləvi informasiya vasitələri;

- mühafizə xidmətləri.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net