Şəfəq Hüseynli: “Steroidlər Azərbaycana qaçaqmalçılıqla gətirilir”
Tarix: 24-09-2020, 12:19 | Çap et
Şəfəq Hüseynli: “Steroidlər Azərbaycana qaçaqmalçılıqla gətirilir”

“Dopinq tərkibli steroid məhsulları Azərbaycana qaçaqmalçılıq yolları ilə gətirilir”.

Oxu.Az-ın Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) steroidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransındakı müxbirinin verdiyi xəbərə görə, bunu AMADA-nın direktoru Şəfəq Hüseynli deyib.

“Biz hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada var. Azərbaycana bu, qanunsuz, qaçaqmalçılıq yolu ilə gətirilir.

Amma anabolid steroidlər xüsusi lisenziya əsasında Azərbaycana gətirilir. Buna Səhiyyə Nazirliyi nəzarət edir. Apteklərdə bunlar dərman formasında, həkim resepti əsasında satılır”.




Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net