Saxta sement və nazirliyin müəmmalı susqunluğu - Evlər buna görə başımıza uçur...
Tarix: 23-09-2020, 18:08 | Çap et
Saxta sement və nazirliyin müəmmalı susqunluğu - Evlər buna görə başımıza uçur...
Tikintidə vaxtı keçmiş sementdən istifadə edilir.

"BakuPost" xəbər verir ki, "Qaradağ Ez" adlı şirkətin istehsal etdiyi sementlərin üzərində istifadə müddəti göstərilmir. Saytımıza göndərilən fotolardan da bu aydın görünür. Şirkətdən isə əsaslandırıblar ki, onlara standartlaşdırma idarəsindən belə deyilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dəfələrlə həm regionlarda, həm də Bakıda saxta sementlə tikildiyinə görə uçub-dağılan evlər görüb:
“Sementin saxlama müddəti 1 ildir. Bu da kisələrin üzərinə yazılmalıdır. Sement məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Qanunla sertifikatlaşdırılmamış bu cür sementlərin satışı, istehsalı, reklamı qadağandır. Lakin əmtəə bazarında saxta sementlər çoxdur. Bunlara nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Onlar demək olar ki, heç bir iş görmürlər. Əhalini yalnız məhkəmələrə göndərməklə məşğuldurlar. Sement istehsalçıları mütləq onun təhlükəsiz olmasını təmin etməlidir. Çox qorxulu məsələdir. Çünki sementdən beton da hazırlanır. Binaların, evlərin tikintisində geniş istifadə olunur. Elə təkcə bu məqam təhlükənin nə qədər böyük olduğundan xəbər verir".

“BakuPost”un əldə etdiyi məlumata görə, "Qaradağ Ez" şirkətinin istehsal etdiyi sementdən dövlət səviyyəli obyektlərin, körpülərin tikintisində, yolların salınmasında da geniş istifadə olunur.

Bütün bunları nəzərə alıb, İqtisadiyyat Nazirliyinə dünən sorğu yollasaq da, cavab ala bilmədik.

Məlumat üçün bildirək ki, mövzu ilə bağlı bloger Ata Abdullayev də video material hazırlayıb.

Həmin videonu təqdim edirik:

VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ... VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ... VİDEOYA BURADAN BAXA BİLƏRSİNİZ...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net