Parlamentdə COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək
Tarix: 16-09-2020, 12:30 | Çap et
Parlamentdə COVID-19 ilə bağlı ölkədəki mövcud vəziyyətə dair dinləmələr keçiriləcək

Milli Məclisdə koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə dair dinləmə keçiriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Səhiyyə komitəsinin 2020-ci ilin payız sessiyası üçün İş Planında əksini tapıb.

Səhiyyə komitəsi payız sessiyasında icbari tibbi sığortanın tətbiqi ilə bağlı normativ-hüquqi aktlara dəyişikliklərin edilməsi və onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri ilə bağlı da dinləmələr təşkil edəcək.İş Planı Səhiyyə komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net