2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə Binəqədi, Xəzər, Yasamal və Sabunçu rayonlarındakı bir neçə ümumi təhsil məktəbində sıxlıq müşahidə olunub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
2019-2020-ci tədris ili üçün olan məlumata əsasən, paytaxtdakı 130 məktəb birnövbəli, 175 məktəb ikinövbəli, 2 məktəb isə üçnövbəli fəaliyyət göstərib.