11 illik ixtisas bazasından kolleclərin ixtisas seçimi ali məktəblərə nəticələr elan olunandan sonra başlayacaq.
APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib: "Dəqiq tarixi deyə bilmərik, nəzərdə tutulur ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın axırında başlasın".