“Uşaq hüquqları Prezidentin diqqət mərkəzindədir. Qanunvericilikdə 19 müavinətin yarısı da məhz uşaqlarla bağlıdır”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Mussa Quliyev bildirib.
M. Quliyev deyib ki, “Sosial müavinətlər haqqında” qanuna təklif olunan dəyişiklikdə övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.