Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində dərslərin əyani açılma tarixi müəyyən olunub.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.
Qeyd edilib ki, I kurs tələbələri üçün oktyabrın 1-dən dərslər başlayacaq.
II və yuxarı kurs tələbələri üçün siyahısı Təhsil Nazirliyi ilə razılaşdırılmaqla və hər bir ixtisasın xüsusiyyəti nəzərə alınmaqla təhsil müəssisələrinin müəyyən etdiyi ixtisaslar üzrə dərslər oktyabrın 15-dən başlayacaq.