Nazirin müşaviri: "Valideyn və müəllimlər maska ilə qorunmalıdır"
Tarix: 27-08-2020, 20:58 | Çap et
Nazirin müşaviri: "Valideyn və müəllimlər maska ilə qorunmalıdır"

“Maska balaca uşaqda da virusun mənbəyinə çevrilə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

R. Ağayev deyib ki, birdəfəlik maskalar çıxarıldıqdan sonra istifadə edilməməlidir: “Biz valideynlərə desək ki, uşaqlar kütləvi maska taxsın, fərqli durum da yarana bilər. 12 yaşdan aşağı olan uşaqların məktəblərdə maska taxması tövsiyə xarakterlidir”.

Nazirin müşaviri deyib ki, uşaqlardan çox risk qrupuna müəllimlər və valideynlər daxildir: “Müəllimlərin 38 faizinin yaşı 50-dən yuxarıdır. Əsas valideyn və müəllimlər maska ilə qorunmalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net