Səfər Mehdiyev GƏRGİNLİKDƏ... - Son dəyişikliklə bağlı HESABAT VERMƏLİ OLACAQ
Tarix: 27-08-2020, 12:31 | Çap et
Səfər Mehdiyev GƏRGİNLİKDƏ... - Son dəyişikliklə bağlı HESABAT VERMƏLİ OLACAQ

Sön günlər böyük narazılıqla müşaiyət olunan yeni gömrük qaydası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevə ciddi problemlər yaratmaqdadır. Bu barədə DİA.AZ-a gömrükdəki mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, baş gömrükçünün naşılığı və səriştəsizliyinin artıq ölkə üzrə afişə olunması "yuxarıların" da nəzərindən yayınmayıb. Mənbənin söylədikləri:

"Həm Səfər Mehdiyevin nail olduğu qərarın mahiyyəti və həm də Səfər Mehdiyevin bu qərara verilən ictimai təpgilərə sərgilədiyi izahatları əslində onun nəinki gömrük sədrliyinə, hətta sıradan bir gömrük işçisi kimi fəaliyyətinə belə şübhələr yaratmış oldu. Yəni Səfər Mehdiyev izahatı ilə iqtisadi savadının hansı səviyyədə olduğunu nümayiş etdirdi ki, bu da "yuxarıların" onun barəsində yenidən düşünməsinə səbəb olub".

Mənbə iddia edir ki, dünən DGK-dan əlavə olaraq hesabat və izahat istənilib: ""Yuxarılar" Səfər Mehdiyevin ilkin izahatlarına qane olmayıb ki, yenidən hesabat istənilib. Və bu o deməkdir ki, vəziyyət Səfər Mehdiyevin ürəyincə olmayan bir prosesin daha da sürətlənməsinə səbəb olub. Yəni yaxın vaxtlarda həm məlum qərarın geri oxunuşuna, həm də elə Səfər Mehdiyevin yola salınacağına şahidlik edə bilərik..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net