Azərbaycanda bir gündə 169 nəfər COVID-19-a yoluxub, 151 nəfər sağalıb sağalıb, 3 nəfər vəfat edib
Tarix: 23-08-2020, 17:02 |
Çap et
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1763 nəfərdir.Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5432 , ötən müddət ərzində isə ümumilikdə 873777 test aparılıb.