Gömrükdə sular durulmur - "Görünür indi Xəlilov üçün qurbanlıq növbəsi S.Mehtiyevdir."
Tarix: 20-08-2020, 11:28 | Çap et
Gömrükdə sular durulmur - "Görünür indi Xəlilov üçün qurbanlıq növbəsi S.Mehtiyevdir."

Ölkədə aparılan ciddi siyasi və kadr islahatları sərt cəzalanmalarla da müşahidə olunmaqdadır. Əvvəl rayon icra hakimiyyətlərində aparılan əməliyyatların Dövlət Sərhəd Xidməti, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi kimi qurumları da əhatə etməsi onu göstərdi ki, ən yüksək səviyyədə qərar verilib və heç kimin toxunulmazlıq statusu yoxdur. Heç şübhəsiz bu dalğanın ardı gələcək. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə növbəti hədəv Dövlət Gömrük Komitəsidir və bununla bağlı artıq müəyyən tədbirlər görülüb. Məlumatlı mənbənin bildirdiyinə görə, bir müddət öncə Maliyyə Nazirliyi tərəfindən Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı geniş yoxlamalar aparıb. Yoxlama zamanı 5 milyon manatlıq aksiz markası olmayan qaçaqmal siqaretin satışa buraxıldığı məlum olub. Eyni zamanda E.Xəlilovun 140 nəfəri “ölü can” kimi ştata daxil etdiyi və onların əməkhaqqı kartlarının mənimsənildiyi üzə çıxıb.
Yoxlamanın nəticələri E.Xəlilovun həbsini labüdləşdirdiyindən gömrük generalı ciddi şəkildə təşviş keçirir. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Ehtiram Xəlilov nəticələr rəsmiyyətə alındıqdan sonra Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi açıq-açığına təhdid edib. O gömrük şefinə onu qorumayacağı təqdirdə bütün əməliyyatları S.Mehdiyevin göstərişi və məlumatı daxilində etdiyini bildirəcəyi mesajını verib. Nəzərə alsaq ki, E.Xəlilov uzun müddətdir gömrük sistemində çalışıb və bu sistemdə baş verən bütün gizli işlərdən xəbərdardır, onda onun “sandığında” çox sirlərin saxlandığını və bu mesajın gerçəkləşməsinin S.Mehtiyev üçün ciddi başağrı olacağını düşünmək olar. Onu da bildirək ki, Ehtiram Xəlilovun çətin vəziyyətdə olarkən qurtuluşu naminə kimisə “satması” ilk hal deyil. Ehtiram Xəlilov daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Lakin harda işləməsindən, yəni hansı kürsüdə oturmasından asılı olmayaraq Ehtiram Xəlilovun əsas vəzifəsi Kəmaləddin Heydərovun özü və qonaqları üçün məclis tərtib etmək olub.
Onu da bildirək ki, Kəmaləddin Heydərovun da Ehtiram Xlilovla münsibətləri çox yüksək səviyyədə olub. Bunu cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rast gəldiyimiz bir məlumat da təsdiqləyir.
General paqonunu da E.Xəlilova elə Kəmaləddin Heydərov hədiyyə edib. Amma Səfər Mehdiyev Xidmətə rəhbər təyin olunduqdan sonra Etiram Xəlilovu yanına çağıraraq ya ərizə yazmağı, ya da Kəmaləddin Heydərovla bütün əlaqələri kəsməyi tapşırıb. Ehtiram Xəlilov isə ikincini, yəni Kəmaləddin Heydərovu itirməyi seçib və buna görə də mükafatlandırılıb. Onu da bildirək ki, E.Xəlilovla bağlı zaman zaman mətbuatda müxtəlif iddialar səsləndirilib. Həmin məlumatların birini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir”. Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan başqa bir iddianı diqqətinizə çatdırır: “Aksizsiz malları ölkəyə gətirən şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilovun rəhbərlik etdiyi iddia olunur. Aksizsiz mallarıın ölkəyə gətirilməsinin qarşısını almalı olan və satış məntəqələrindən aksizsiz malları toplayaraq dükan sahiblərini cəzalandırılmalı olan qurum – Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi aksizsiz malların ölkəyə gətirilməsini və onların satışını özlərinin əsas biznes sahəsinə çeviriblər. Həmçinin iddia olunur ki, Ehtiram Xəlilova aid olan “TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər və bu spirtli içkilər gömrük qeydiyyatından keçmir”.
Heç kimə sirr deyil ki, Səfər Mehdiyev Dövlət Gömrük Xidmətinin rəhbəri təyin olunduqdan sonra Gömrükdə “təmizlik” işləri aparmağa başladı. “Təmizlənənlərsə” keçmiş iş ortaqları olmaqla yanaşı Kəmaləddin Heydərova ən yaxın olan adamlardır. Bu proses uzun müddətdir ki, davam edir. Lakin maraqlı nüanslardan biri də odur ki, bir çoxları məhz Kəmaləddin Heydərova görə vəzifədən alınsalar da, “fövqəlnazir”ə çox yaxın olan isimlərdən biri hələ də gömrüyün rəhbərliyində çalışmaqdadır, hətta Səfər Mehdiyev onun vəzifəsini belə yüksəldib. Söhbət gömrükdə və FHN-də hər kəsin Kəmaləddin Heydərovun “adminstratoru”, yəni yeyib-içmək məclislərinin tərtibatçısı kimi tanıdığı Ehtiram Xəlilovdan gedir. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovu bu vəzifəyə Səfər Mehdiyev təyin edib. Görünür indi Xəlilov üçün qurbanlıq növbəsi S.Mehtiyevdir. //cumhuriyyet.net//




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net