Bu barədə DİA.AZ-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir. Məlumatda daha sonra bildirilir: "Daxil olan məlumat və müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.
Azərbaycan Respublikası Baş Prokurorluğu prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntularla üzləşən vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi”nə, korrupsiya hüquqpozmaları ilə üzləşən vətəndaşlara isə 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir".



