Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, ölkədə son sutka ərzində 5712, hazırkı dövrədək isə 831 755 test aparılıb.